Gəncədə oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb - FOTOLAR

Gəncədə oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb - FOTOLAR

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 6 min ABŞ dolları nağd pul və ümumi dəyəri 40 min manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini olan qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, maddi sübutlarla birlikdə istintaqa təhvil verilən şübhəli şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə