Siyəzən sakini sənədsiz silahını könüllü olaraq polisə təqdim edib

Siyəzən sakini sənədsiz silahını könüllü olaraq polisə təqdim edib

Siyəzən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahın könüllü şəkildə təhvil verilməsi təmin olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 1 ədəd ov tüfəngi təhvil götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə