Avtomobil 55 yaşlı qadını vuraraq öldürüb

Avtomobil 55 yaşlı qadını vuraraq öldürüb

Bakıda avtomobil 55 yaşlı qadın piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, noyabrın 16-da Azadlıq prospektində Binəqədi kəndi istiqamətində 1963-cü il təvəllüdlü İlyas Paşayev idarə etdiyi 90-RJ-083 dövlət qeydiyyat nişanlı "Mitsubishi Airtrek" markalı avtomobillə hərəkətdə olarkən həmin vaxt yolu sağdan sola keçməkdə olan piyada - 1968-ci il təvəllüdlü Aygün Həsənovanı vurub. A.Həsənova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə