Ağcabədidə bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub

Ağcabədidə bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı şəhər ərazisindəki küçədə məişət tullantılarının qalaqlanması halı aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-nın bölgə müxbirinə bildirilib ki, aşkar olunmuş halla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə