Ötən gün ölkə ərazisində qeydə alınan 70 cinayətin üstü açılıb - DİN

Ötən gün ölkə ərazisində qeydə alınan 70 cinayətin üstü açılıb - DİN

Noyabrın 14-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarılan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 36 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə