Bakıda 28 yaşlı oğlan itkin düşüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə itkin düşən İbrahim Nəzərlinin yaxınları məlumat verib.
Bildirilib ki, o, noyabr ayının 9-u, 15:00 radələrində, Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.
Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ-qara idman ayaqqabısı, ağ rəngdə kofta, qara papaqlı idman gödəkcəsi olub.
İbrahimi görən və ya ona bənzədən şəxslərdən +994 50 644 33 15 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB