Təyyarənin qanadlarında problem aşkarlanıb...

Təyyarənin qanadlarında problem aşkarlanıb...

Bazar günü, noyabrın 12-də "Pobeda" aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsi Çelyabinskdə məcburi eniş etmək məcburiyyətində qalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sərnişin təyyarəsi yerə enməzdən əvvəl hava limanı ətrafında 6 dövrə vurub.

Təyyarə kəskin əyləclə yerə ensə də, sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Qeyd edək ki, təyyarə Soçidən saat 18:00-da gəlməli imiş, lakin Çelyabinska 43 dəqiqə gec enib. Prokurorluğun məlumatına görə, təyyarənin qanadlarında problem olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə