Boks üzrə dünya çempionu Qriqori Drozdun qızı Moskvada faciəvi şəkildə dünyasını dəyişib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qız 13-cü mərtəbənin pəncərəsindən yıxılıb.
Telekanalın məlumatına görə, faciə ötən gün Xoroşevski rayonunda baş verib.
Bütün ailə, idmançının həyat yoldaşı, qızı və iki oğlu mənzildə olublar.
Nədənsə inciyən qız otağına gedib. Valideynləri sonradan içəri baxanda boş otaq və açıq pəncərə gördülər.
Uşağın meyiti evin pəncərələrinin altında tapılıb. Hazırda müstəntiqlər qızın ölümü ilə bağlı bütün halları aydınlaşdırmaq üçün araşdırma aparırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB