Xaçmaz rayonunda evdə yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Xaçmaz rayonunun Hacıisaoba kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 45 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB