Uşaqdakı cəsarətə bir bax...

Rusiyanın Samara vilayətindəki Sızran şəhər məhkəməsi məktəbdə terror aktı hazırlamaqda şübhəli bilinən 15 yaşlı yeniyetməni həbs edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, şübhəli şəxs 2023-cü ilin avqustundan 1 noyabra kimi internetdə “məktəblərdə uşaqları açıq şəkildə edam edən terror təşkilatının qurucuları” haqqında videoya baxdıqdan sonra oxuduğu məktəbdə yanğın törətməyi planlaşdırıb.

Bunun üçün yeniyetmə yandırıcı qarışığın tərkib hissələrini alıb. Lakin o, noyabrın 1-də Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin əməkdaşları tərəfindən saxlanıldığı üçün planını həyata keçirə bilməyib.

...Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədri Aleksandr Xinşteyn öz Telegram kanalında bildirib ki, dindirmə zamanı yeniyetmə sinif yoldaşları və müəllimləri ilə hesablaşmaq niyyətində olduğunu etiraf edib.

Qeyd edilir ki, axtarış zamanı məktəblidən bütöv bir arsenal müsadirə edilib: altı şüşə "Molotov kokteyli", üç litr aseton, qurutma yağı, alüminium tozu, ammonium nitrat, kükürd və daha nə bilim nələr...

Yeri gəlmişkən Rusiyada bu cinayəti törədənlər əsasən 20 ilədək müddətə azadlıqdan məhrum edilirlər.

Amma 16 yaşına çatmamış cinayət törətmiş məhkumlara altı ildən çox olmayan həbs cəzası verilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə