Avtomobil qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib

Avtomobil qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib

Goranboyda avtomobil qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib. SİA xəbər verir ki, qəza nəticəsində 1976-cı il təvəllüdlü Ruhiyə Allahverdiyeva aldığı xəsarətdən dünyasını dəyişib.

Digər yaralı 1989-cu il təvəllüdlü Rafiq Rzayevin müalicəsi davam edir.

Qeyd edək ki, avtoqəzada daha 2 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə