Evdən 7250 manat dəyərində qızıl oğurlayan şəxs saxlanılıb

Evdən 7250 manat dəyərində qızıl oğurlayan şəxs saxlanılıb

Sabunçu rayonu Pirşağı qəsəbəsində evlərin birindən oğurluq olub.

Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 3-də Pirşağı qəsəbəsindəki evlərin birindən 7250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Əzimov və F.Əsgərova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə