Xaçaturyanın növbəti məhkəmə prosesi başlayıb - FOTOLAR

Xaçaturyanın növbəti məhkəmə prosesi başlayıb - FOTOLAR

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir. SİA xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmila Abılova qoruyur.

Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə, əhalini deportasiya etməkdə və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur.

İttihamda deyilir ki, onun üzv olduğu dəstənin əməlləri nəticəsində 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər xəsarət alıb. Bundan başqa hadisələr vaxtı dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlak məhv edilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə