Sabirabadda çilingər özünü asaraq intihar edib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad şəhirində Şamaxı qəbristanlığı adlanan ərazinin yaxınlığındakı avtomobil təmiri sexində baş verib.
Həmin sexdə çilingər işləyən Sabirabad sakini, 1994-cü il təvəllüdlü ibrahimov Nizami Mübariz oğlu sexdə asılmış vəziyyətdə aşkar edilib.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirlib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB