Tovuz rayonunda plastik borular saxlanılan ərazidə yanğın baş verib, xəsarət alan var. SİA-nın bölgə müxbiri xəbər verir ki, soyuducu anbarın həyətyanı sahəsində saxlanılan çiləmə üsulu üçün nəzərdə tutulan borular yanmağa başlayıb. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Nəticədə alov ram edilib, ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın zamanı kömək üçün ərazidə olan sakinlərdən biri yüngül xəsarət alıb. Şəxsə hadisə yerində ilkin tibbi yardım göstərilib. Yanğının hansı səbəbdən baş verməsi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB