Lənkəranda maşın dirəyə çırpılıb

Lənkəranda maşın dirəyə çırpılıb

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə şəhərin Hənifə Abdullayev küçəsində qeydə alınıb. "Hyundai Accent" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı qaz tənzimləyiciyə, elektrik dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Əraziyə FHN-nin Lənkəran Yanğından Mühafizə Hisssəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə