FHN: Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib

FHN: Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunun Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olması barədə ilkin məlumat daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə