Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB