“Bizim kəndin birinci qatili sənsən, Vaqif. Sən mənim ata-anamı öldürmüsən. Mən səni çox yaxşı tanıyıram”. SİA xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışında zərərçəkmiş Nadir Əkbərov deyib.
Zərərçəkmiş sözlərinə belə davam edib: “Mikrofonla deyirdilər ki, “Kəndi tərk edin, sizi qırmayacağıq”. Bunlar belə deyəndə əliyalın millət evdən çıxdı. Bütün çıxanları qırdılar. Vaqif bütün proseslərdə iştirak edib. O yalan danışır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB