“Bizim evə başçı mənim anam olub” - Vaqif Xaçatryan

“Bizim evə başçı mənim anam olub” - Vaqif Xaçatryan

“Mən bu zərərçəkmişlərin heç birini tanımıram. Ay qardaşlar, mən orada olmamışam”. Bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışında deyib.

Vaqif Xaçatryan sözlərinə belə davam edib: “Vaqif orada olmayıb. Ola da bilməz. Mən orada heç kimə və heçnəyə başçılıq etməmişəm. Bizim evə başçı mənim anam olub. Mən günahsız adamam və burada dayanmışam”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə