“Onlar quşdan tutmuş pişiyə qədər hamısını güllələyirdilər” - ZƏRƏRÇƏKMİŞ

“Onlar quşdan tutmuş pişiyə qədər hamısını güllələyirdilər” - ZƏRƏRÇƏKMİŞ

“Bizim kəndin hər cığırını Vaqif yaxşı tanıyır. Çünki biz qonşu kəndlərdə idik və gediş-gəliş var idi. Münasibətlərimiz də pis deyildi”. SİA xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışında zərərçəkmiş Əli Behbudov deyib.

Zərərçəkmiş sözlərinə belə davam edib: “Onlar quşdan tutmuş canlı gəzən pişiyə kimi hamısını güllələyirdilər. Bibim oğlanları, bibimin yoldaşı, öldürüldü. Bir ailədən 4-5 nəfər öldürülürdü. Qaynatamı evimin altında öldürdülər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə