“Ermənilər maşının önünü kəsib ailəmi öldürüblər” - ZƏRƏRÇƏKMİŞ

“Ermənilər maşının önünü kəsib ailəmi öldürüblər” - ZƏRƏRÇƏKMİŞ

“Mən Meşəlinin sakiniyəm. Amma hadisə vaxtı orada olmamışam. Qardaşım, dayım, bibim və xalamoğlu şəhid olub”. SİA xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışında zərərçəkmiş Niyazi İbadullayev deyib.

Zərərçəkmiş sözlərinə belə davam edib: “Yaralıları qardaşım aparıb. O biri ailə üzvlərimi də xalamoğlu aparırdı. Ermənilər maşının önünü kəsib hamısını öldürüblər. Orada bir çox ermənilərin adı çəkilib. 30 il bundan öncə olan hadisədir. Yadımda az ad qalıb. Amma Vaqifin adını yaxşı xatırlayıram”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə