“Vaqif, o vaxt orada at oynadırdın, indi niyə susmusan?” - ZƏRƏRÇƏKMİŞ

“Vaqif, o vaxt orada at oynadırdın, indi niyə susmusan?” - ZƏRƏRÇƏKMİŞ

“Vaqifi şəxsən tanımıram. Mən o vaxt uşaq idim. Kəndin bütün böyüklərinə Vaqif və onun ətrafı zülm verib”. SİA xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışında zərərçəkmiş Elşən İbadullayev deyib.

Zərərçəkmiş sözlərinə belə davam edib: “Güllənin səsinə oyandıq. Ayıldıq ki, el-aləm alışıb yanır. Mikrofonla “Təslim olun” deyirdilər. Təslim olduq da, bəs bizi niyə öldürdünüz?. Vaqif, indi burada heçnəyi boynuna almırsan, amma o vaxt orada at oynadırdın. Kəsdiyiniz çörək sizi tutsun.

Vaqifə ömürlük həbs verilsin. O bizi evimizdən-eşiyimizdən sürgün etdi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə