“Bu şəxsi mən şəxsən tanımıram. Amma hadisələrdə iştirak etdiyimə görə bilirəm. Bacım orada ərdə olub. Mən də o kəndə getmiş və cinayətləri görmüşəm”. SİA xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışında zərərçəkmiş Rəhimov Salman Oqtay oğlu deyib.
Zərərçəkmiş sözlərinə belə davam edib: “Meşəli kəndində olarkən hadisə baş verdi. Gecə yatdığımız yerdə ermənilər hücum ediblər. Evdə yatdığım yerdə ayağımdan güllə yarası aldım. Bacım da eyni şəkildə yaralanıb. Ondan sonra ermənilərin mikrofonla camaata “Sizi qıracağıq”, “Kənddən çıxın” və “Təslim olun” sözlərinin şahidi olmuşam. Onlar kəndə hücum edib camaatı qırıb yandırıb. Bunlara gözümlə şahid olmuşam.
Bütün kənd camaatı hamı Vaqifi tanıyır. Deyirlər ki, o işin başçısı Vaqif olub və təşkilatçılıq edib. Mənim dayılarım, nənəm, babam Meşəlidə ölüb. Ermənilər bilir ki, mənim babam kəndi qoruyub saxlayan kişilərdən biri olub. Vaqif babamı çox yaxşı tanıyır. Qıçımdan və çiynimdən yara almışam. Güllə çiynimdən dəyib kürəyimdən çıxıb. Nənəm də başından güllə yarasından ölüb. Nənəmin beyin hissəsi dəfn olunduqda yox idi. Ermənilər hücumda əsas avtomat, pulemyotdan istifadə edirdilər. Bütün kəndi üzük qaşı kimi mühasirəyə almışdılar. Mən məhkəmədən iki güllə yarası almış şəxs kimi xahiş edirəm ki, bu adama ömürlük həbs cəzası verilsin”
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB