Türkiyənin Kahramanmaraş şəhərində 4,2 maqnitudalı zəlzələ olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilib ki, zəlzələ Kahramanmaraşın Göksun rayonunda qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 7 kilometr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə