Gəncədə 17 yaşlı oğlanı avtomobil vurub, vəziyyəti ağırdır

Gəncədə 17 yaşlı oğlanı avtomobil vurub, vəziyyəti ağırdır

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Camry” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü E. Namazovu vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, hazırda E.Namazovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə