Noyabrın 28-də KVN Premyer Liqasının iyirmi doqquz yaşlı iştirakçısı Roman Vinokurovun ölümü ilə bağlı xəbər yayılıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, müvafiq məlumatı “StarHit” nəşri sənətçinin yaxınlarının sözlərinə istinadən yazır.
Buryatiya Respublikasının KVN hərəkatının rəhbəri Denis Odoyev bildirib ki, Vinokurov uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib. Lakin o, xəstəliyin təfərrüatlarını açıqlamayıb.
...Uzun sürən xəstəlikdən sonra dostumuz, yoldaşımız və yaradıcı qardaşımız Roman Vinokurov vəfat etdi.29 yaşında... Roman Vinokurov Buryatiya Respublikasının ikiqat çempionu, Buryatiya milli komandasının üzvü idi.
Bunu deyən Odoyevin sözlərinə görə, Roman komandanın inkişafına və KVN Premyer Liqasında qələbəyə böyük səy sərf edib.
Denis həmkarının mehriban və həssas olduğunu da bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB