Şəkidə baş verən yol qəzasında bir nəfər ölüb

Şəkidə baş verən yol qəzasında bir nəfər ölüb

Oktyabrın 28-də saat 18 radələrində Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində 1965-ci il təvəllüdlü Vahabov Əsgər Əfkər oğlunun idarə etdiyi traktorla Əhmədov Sahib Məmməd oğlunun idarə etdiyi “Ford” markalı avtomobil toqquşub.

SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində traktorun sürücüsü Ə.Vahabov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə