Ağır yol qəzasında dörd nəfər ölüb

Ağır yol qəzasında dörd nəfər ölüb

Rusiyanın Tıva Respublikasında iki avtomobilin toqquşması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü sərxoş halda qarşı zolağa çıxıb və əks istiqamətdə hərəkətdə olan “Lada Priora” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü, o cümlədən biri azyaşlı uşaq olmaqla iki sərnişin ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə