Sumqayıtda zavodda yanğın başlayıb

Sumqayıtda zavodda yanğın başlayıb

Sumqayıtda zavodda yanğın başlayıb. SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən “Etilen-Polietilen” zavodunda baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt ərazisində “Etilen-Polietilen” zavodunda yanğın baş verməsi barədə ilikin məlumat daxil olub.

"Hazırda qüvvələrimiz əraziyə cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə