Cəlilabadda şübhəli bilinən şəxs saxlanılıb

Cəlilabadda şübhəli bilinən şəxs saxlanılıb

Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Xaqani Mirnizami oğlu Əhmədlini vuraraq qəsdən öldürən şəxs saxlanılıb.

SİA-nın məlumatına görə. bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumatda qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə