Narkotikn təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Narkotikn təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford transit” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sürücü, Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə