Oktyabrın 27-də Mingəçevir şəhəri ərazisində bıçaqlanma hadisəsi olub.
SİA xəbər verir ki, İmişli rayon sakini, 70 yaşlı Əli Abbasəliyev aralarında yaranan mübahisə zamanı 1953-cü il təvəllüdlü Nazim Rəhimovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, N.Rəhimova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Abbasəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB