Yakutiyada 4 nəfəri güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb
Yakutiya polisi Mirnı şəhərində dörd nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib.
İdarədən verilən məlumata görə, 50 yaşlı yerli sakin saxlanılıb, onun evindən qeydiyyatda olan 12 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb. Polis həmçinin cinayətin şahidi olduğu iddia edilən başqa bir adamı da müəyyən edib. Və hər ikisi İstintaq Komitəsinin ərazi şöbəsinə aparılıb.
Cinayət işinin materiallarına əsasən, oktyabrın 22-də axşam saatlarında Mirnıdakı bağ evlərindən birində 4 nəfərin güllə yarası ilə meyiti tapılıb: 1978 və 1981-ci il təvəllüdlü kişilər və 1986 və 1987-ci il təvəllüdlü iki qadın.
Bu barədə İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
...Cinayət Məcəlləsinin “a” bəndi 2-ci hissəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, bu maddə üzrə ən yüksək cəza 20 ilədək müddətə azadlıqdan məhrum etmədir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB