Oktyabrın 23-də axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisinin Vazisubani rayonundakı yaşayış binalarının birində güclü partlayış olub. Nəticədə bir neçə nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, partlayışa mənzildə qaz sızması səbəb olub.
Yanğın söndürülüb, binanın bir hissəsi yarasız hala düşüb. Bəzi mənzillərdən sakinlər təxliyə olunublar.
Tbilisidəki Simon Xeçinaşvili Universitetinin Klinikasına gətirilən yaralılardan birinin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB