Minik avtomobili aşıb, sürücü xəsarət alıb

Minik avtomobili aşıb, sürücü xəsarət alıb

Şəkidə yol-nəqliyyat hadisəsi olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Qudula kəndində baş verib.

Rayonun Çələbixan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Zaur Məmmədov “Mercedes” markalı minik avtomobilinə idarəetməni itirb.

Nəticədə maşın yolun kənarına aşıb.

Qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alan sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə