Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonu, Saloğlu kəndində bir nəfərin intihar etmək məqsədilə işıq dirəyinə çıxması barədə məlumat daxil olub.
SİA APA-ya istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1976-ci il təvəllüdlü H.İbrahimov işıq dirəyinə çıxaraq intihara cəhd edir.
Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və yüksəklikdən endirərək aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB