Suraxanıda yataqxanada baş verən yanğın söndürülüb

Suraxanıda yataqxanada baş verən yanğın söndürülüb

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əlavə məlumat veriləcək.

17:00

Suraxanı rayonu, Əmircan qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə