Moskvada mənzilini yandırmağa cəhd edən şəxs xəstəxanaya yerləşdirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə paytaxtın Presnenski rayonunda Drujinnikovskaya küçəsində yerləşən evdə baş verib.
Belə ki, 48 yaşlı Moskva sakini mənzilində özünü bağlayıb və giriş qapısını yandırıb, bundan sonra intihara cəhd edib.
Girişdə kəskin yanıq qoxusu hiss olunmağa başlayan şəxsin qonşuları polisə və Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər. Yanğın törədən şəxs Sklifosovski xəstəxanasına aparılıb. Hazırda həmin şəxsin hərəkətinin motivləri müəyyənləşdirilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB