Rusiyalı turistlər Türkiyədə qəzaya düşüblər...

Rusiyalı turistlər Türkiyədə qəzaya düşüblər...

Türkiyənin Antalya vilayətinin Manavqat şəhəri yaxınlığında iki avtobus toqquşub və nəticədə azı 5 rusiyalı turist xəsarət alıb.

SİA-nın əldə etdiyi məlumata görə, qəza oktyabrın 21-də səhər saatlarında baş verib.

Belə ki, turistlərin olduğu mikroavtobus qarşısından keçən digər mikroavtobusa çırpılıb.

...Beş rusiyalı xəstəxanaya aparılıb, onların vəziyyəti barədə məlumat verilmir. Eyni zamanda, yerdə qalan turistlərin əksəriyyəti yerində tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdirilməkdən imtina edərək otelə gediblər.

Türkiyə vətəndaşı olan iki sürücü də xəstəxanaya göndərilib.

“Mash” kanalı xəbər verir ki, uşaqlar da daxil olmaqla ümumilikdə 10 rusiyalı turist yaralanıb. Bir qadının qolu sınıb. Turistlərin yenicə gəldiyi və Alanyadakı otellərə aparıldığı əlavə edilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə