Üç nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

Üç nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

Şəmkir rayonu Qasımalılar kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA xəbər verir ki, "VAZ-2106" markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü - 2004-cü il təvəllüdlü Sənan Quliyev, sərnişinləri, 2003-cü il təvəllüdlü Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə