Krasnodarda yaşayış binası yanır...

Krasnodarda yaşayış binası yanır...

Bu anlarda Krasnodarın Primorskaya küçəsində yaşayış binası yanır.

SİA-nın əldə etdiyi məlumata görə bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin məlumatında deyilir. Yanğınla bağlı məlumat təxminən iki saat əvvəl daxil olub.

...Moskva vaxtı ilə saat 18:38-də Krasnodar, Lenina, Primorskaya küçəsi ünvanında fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğına görə 20 nəfər təxliyə edilib.

Moskva vaxtı ilə saat 20:21-də 400 kv.m sahədə lokalizasiya elan edilib.

Binanın mənzillərindən birində başlanan yanğının söndürülməsinə 48 nəfər və 17 texnika cəlb olunub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə