Anasını öldürdükdən sonra, özü də intihar edib

Anasını öldürdükdən sonra, özü də intihar edib

Moskva yaxınlığındakı Balaşixada iki meyit tapılıb. Ölənlər ana və oğuldur. İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı qətl maddəsi ilə cinayət işi açılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə oktyabrın 18-nə keçən gecə evlərin birindəki mənzildə baş verib.

İstintaqın məlumatına görə, 41 yaşlı “oğul” 66 yaşlı anasını vəhşicəsinə qətlə yetirib, sonra isə özünə qəsd edib. Maraqlıdır, niyə?

İstintaq Komitəsi əlavə edib ki, hadisə yerində idarənin müstəntiqləri və kriminoloqları işləyib: onlar hadisə yerinə baxış keçirib və mümkün şahidləri dindiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə