Gəncə şəhərində ev yanıb

Gəncə şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə