“Şaxtyor” futbolçusu Rusiyaya qaçıb...

“Şaxtyor” futbolçusu Rusiyaya qaçıb...

Belçikadakı oyundan sonra Ukraynaya qayıtmayan Donetskin “Şaxtyor” futbol klubunun yarımmüdafiəçisi Aleksandr Rosputko Rusiya pasportunu almaq üçün Rusiyaya qaçıb. Daha əvvəl media 19 yaşlı futbolçunun qaçması barədə yazmışdı, məlumatı onun atası Yuri Rosputko da təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, UEFA Gənclər Liqasının Belçikanın “Antverpen” komandası ilə oyunundan sonra Rosputko Ukraynaya qayıtmayıb.

“Dynamomania” xəbər verdiyi kimi, o, futbol formasını hava limanında qoyub, sosial şəbəkələrdəki bütün yazıları silib və zənglərə cavab verməyi dayandırıb. Futbolçunun atası oğlunun qaçmasının səbəbləri barədə hələ danışa bilməyəcəyini, lakin “Rusiyada mütləq daha təhlükəsiz olacağını” vurğuladı.

“Siyasi sığınacaq istəməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Oğlum bunu istəməyib. O, vətənində Donetskdə etdiyi kimi sadəcə Rusiya pasportu üçün müraciət edəcək”, -deyə futbolçunun atası bildirib.

Futbolçunun atası oğlunun tezliklə hər hansı Rusiya komandasında oynamağa başlayacağı ilə bağlı məlumatları da təkzib edib.

Bu arada “Regnum” adı açıqlanmayan mənbəyə istinadən, Rosputkonun ailəsi ilə birlikdə Türkiyə vasitəsilə Rusiyaya qaçdığını yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə