Hərbi hissədən qaçandan 18 il sonra həbs edilib

Hərbi hissədən qaçandan 18 il sonra həbs edilib

İrkutskda qarnizon hərbi məhkəməsi Vadim Tarasovu 2005-ci ildə hərbi hissədən qaçdığına görə ümumi rejimli koloniyada iki il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tarasov 2005-ci il aprelin 22-də, 21 yaşında olarkən ordudan qaçıb. O, bacısına baş çəkmək üçün yük qatarı ilə bölmədən çıxıb və ətrafdakılara sənədlərini itirdiyini deyib.

Bu arada bir tanışı ona ev və qeyri-rəsmi iş təklif edib.

Beləliklə, 18 il ərzində Tarasov imkan tapıb evlənir və hətta iki uşağa sahib olmağı da bacarıb.

Bütün bu illər ərzində onu axtarıblar.

Lakin 2023-cü ilin may ayında o, skuter sürərkən şəxsiyyətini yoxlamaq üçün polis tərəfindən saxlanılıb və axtarışda olduğu müəyyən edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə