Telefonunun zəngi faşist Almaniyasının hərbi marşını çaldığına görə...
...Bryanskın Volodarski Rayon Məhkəməsi Moskva vilayətinin sakinini nasist simvollarının təbliği və nümayişi maddəsi ilə 6 sutka müddətinə həbs edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, həmin şəxs mobil telefonunun daxil olan zəngini faşist Almaniyasının hərbi marşına qoyub və bununla da “Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsini təhqir edib”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi bu cür simvolların təbliğatına və ictimai nümayişinə görə fiziki şəxslər üçün 1 mindən 2 min rubla qədər cərimələr, habelə 15 günə qədər inzibati həbs nəzərdə tutur. ...Məhkəmənin 14 oktyabr 2023-cü il tarixli hökmü ilə qanun pozucusu 6 sutka inzibati həbs cəzası alıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB