Minik abtomobilinin vurduğu piyada komatoz vəziyyətə düşdü

Minik abtomobilinin vurduğu piyada komatoz vəziyyətə düşdü

Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Hadisə zamanı xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, qəza Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu Nizami kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili tərəfindən vurulan piyada Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib, onun komatoz vəziyyətə düşdüyü müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə