İmişlidə yol qəzası zamanı xəsarət alanların kimliyi məlum olub

İmişlidə yol qəzası zamanı xəsarət alanların kimliyi məlum olub

İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 3 nəfər xəsarət alıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəza saat 22 radələrində İmişli rayonu Murğuzallı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı "Vaz-2106" markalı minik maşını və "BMW" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində "Vaz-2106" markalı avtomobilin sürücüsü 1955-ci il təvəllüdlü Şakir Əbilov və avtomobildə olan onun nəvələri 2008-ci il təvəllüdlü Əbilova Rəvanə Əfraz qızı, 2006-cı il təvəllüdlü Əbilov Rövşən Əfraz oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə