İtaliyada avtobus qəzası olub - 15 yaralı

İtaliyada avtobus qəzası olub - 15 yaralı

İtaliyanın Venesiya şəhərinin Mestre qəsəbəsində avtobus qəzası nəticəsində 15 nəfər yaralanıb. SİA xəbər verir ki, “La Linea” şirkətinə məxsus elektrik mühərrikli avtobus yüksək sürətlə bir binanın sütununa çarpılıb. İlkin məlumata əsasən, sürücü sükan arxasında özünü pis hiss edib və idarəetməni itirib. Yüngül xəsarət alan yaralılardan bəziləri xəstəxanaya çatdırılıb.

Venesiya şəhərində nəqliyyat marşrutlarını idarə edən “Avm” şirkəti oktybarın 16-dan etibarən “La Linea” şirkətinin bütün avtobuslarının fəaliyyətinin dayandırılacağını açıqlayıb.

Xatırladaq ki, oktyabrın 3-də Mestredə turistləri daşıyan “La Linea” şirkətinə məxsus sərnişin avtobusunun dəmir yolu xətti üzərindəki yerüstü keçiddə aşması nəticəsində 21 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə